“Qarabağ” Futbol Akademiyasına yeni koordinator təyin olunub.
Msport.az xəbər verir ki, bu vəzifəyə Aftandil Hacıyev gətirilib. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aftandil Hacıyev 2007-2011 illər aralığında “köhlən atlılar”ın futbolçusu olub.