Ağırlıqqaldıranlarımız Qran-pridə
Dekabrın 4-18-də Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisi keçiriləcək.
Msport.az xəbər verir ki, Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.
Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Qadınlardan Nazilə İsmayılova (49 kq), kişilərdən Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq) qüvvəsini sınayacaqlar.