featured-image-24747

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək. “Gənclər Kuboku” adı altında keçiriləcək turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 yeniyetmə və gənc idmançı mübarizə aparacaq. Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.

Qeyd edək ki, 4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər Kuboku”nda fərqlənənlər “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq

Bənzər xəbərlər