featured-image-29737

“Özümü “Tirana”sız pis hiss etmirəm. Çünki hazırda olduğum yerdə xoşbəxtəm”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, Ağdam klubunda işlərinin yaxşı getdiyini bildirib: “Ölkəyə tam olaraq uyğunlaşmışam. Bütün diqqətimi komandaya yönəltmişəm. Yaxşı məşq edirəm və inanıram ki, mövsümü kubokla başa vurub çempion olacağıq”.

25 yaşlı hücumçu ilk vaxtlarda Azərbaycan futboluna adaptasiya olunmaqda çətinlik çəkdiyini gizlətməyib: “Çünki buradakı futbol Albaniyadakından fərqlənir. Hətta məşq prosesi də fərqlidir. Bu mənada bir az çətinliyim oldu. Amma artıq vəziyyətə öyrəşmişəm və yaxşı gedirəm”.

Qeyd edək ki, Redon Cica “Qarabağ”a qış fasiləsində “Tirana”dan keçib.

Bənzər xəbərlər