featured-image-78158

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun yubiley matçı Azərbaycan Premyer Liqasının XXXII turuna təsadüf edib. O, “Neftçi” ilə gğrüşdə (1:2) start heyətində meydana çıxıb.

Debütü 2018/19 mövsümündə “Sumqayıt”da gerçəkləşən İsayev yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.

Millimizə də cəlb olunan futbolçu Premyer Liqada 3 klubun şərəfini qoruyub. O, “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 oyunda forma geyinib.

Bənzər xəbərlər