featured-image-29342

“Liverpul”un qapıçısı Alison Beker İngiltərə Premyer Liqasının “Brentford”la 35-ci tur oyununda qapısının toxunulmazlığı qoruyub – 1:0.

Msport.az xəbər verir ki, bu, braziliyalı qolkiperin Mersisayd klubunda 100-cü “quru” matçı olub.

Alison 2018-ci ildən Liverpul”un şərəfini qoruyur. O, İngiltərə klubu ilə 2019-cu ildə Çempionlar Liqasını qazanıb.

Yurgen Kloppun komandası bu qələbədən sonra xallarının sayını 62-yə çatdıraraq 5-ci pilləyə yüksəlib.

ANAR

 

Bənzər xəbərlər