Almeydanın Azərbaycanda 25-ci penaltisi
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqadakı penalti sayını 25-ə çatdırıb.
Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “millimizin futbolçusu buna XXX turda nail olub.
Braziliyalı oyunçu “Sabah”a 1:2 hesabı ilə uduzduqları görüşdə 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.
Qeyd edək ki, Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.







