Alonsonun rəhbərlikdən tələbi
İngiltərənin “Liverpul” klubunun futbolçusu Joel Matip karyerasını Almaniyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, Leverkuzen “Bayer”i kamerunlu futbolçunu heyətinə qatmaq istəyir.
Komandanın baş məşqçisi Xabi Alonso rəhbərliklə söhbətində müdafiəni təcrübəli oyunçu ilə gücləndirmək istədiyini bildirib. Tərəflər arasında danışıqlara start verilib.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2009-2016-cı illərdə Almaniyanın “Şalke” klubunda oynayıb.