featured-image-52660

UEFA Superkubokunu qazanan “Real”ın baş məşqçisi Karlo Ançelotti rekordlara imza atıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bu turniri 5 dəfə qazanan ilk baş məşqçidir.

O, Pep Qvardiolanı arxada qoyub. İspaniyalının 4 titulu var.

Ümumilikdə isə italiyalı mütəxəssislər 13-cü Superkuboka sahib çıxıb. İspaniyalıların hesabında 10 uğur var.

Ançelotti Avropada 10 titul qazanan yeganə baş məşqçidir: 5 Çempionlar Liqası və 5 Superkubok. Pep Qvardiola 7, Covanni Trapattoni və Aleks Ferqyuson 6 uğura sevinib.

Ançelotti “Real”da ümumilikdə 14-cü titulu qazanıb. O, Migel Munyosun klub rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Real” “Atalanta” ilə matçda iki cavabsız qol vurub.

Bənzər xəbərlər