featured-image-28814

“Dinamo”nun (Kirovabad) Ermənistanın “Ararat” klubu üzərində tarixi qələbəsindən 55 il ötür.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisi 1968-ci ildə şəhər stadionunda keçirilmiş SSRİ çempionatının oyununda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada yeganə qolu 18-ci dəqiqədə Ramis Muritov vurub.

Həmin vaxt komandanın qapısını Zahid Hüseynov qoruyub. Müdafiə xəttində Afiz Namazov, Lev Lyubarski, Boris Falkovski və Rafik Batrayev, yarımmüdafiədə Müzəffər Qasımov, Ramis Muritov və Yusif Məhərrəmov yer alıblar.

Hücumda isə qol silahları Ruslan Abdullayev, Valeri Stupin və Nizami Salahov olublar.

media-IMG_8647

Bənzər xəbərlər