Araz Abdullayev Brüs Lidən sitat gətirib paylaşım etdi - FOTO
Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev sosial şəbəkədə yeni paylaşım edib.
Msport.az xəbər verir ki, idman zalında çəkilmiş fotosunu yayımlayan 31 yaşlı yarımmüdafiəçi tanınmış kino ulduzu, dünyaca məşhur əfsanəvi döyüşçü, kinoaktyor, ssenarist və rejissor Brüs Lidən sitat gətirib:
“Asan həyat üçün dua etməyin, çətinliyə dözməyə lazım olan güc üçün dua edin”, – deyə postda yazılıb.
Qeyd edək ki bir vaxtlar Azərbaycanın ən istedadlı futbolçularından hesab olunan Araz Abdullayev ötən ilin noyabrından klubsuzdur. Onun son komandası “Sumqayıt” olub.

CAHİD







