“Araz-Naxçıvan” 32 yaşlı qapıçı ilə müqavilə bağladı
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Semir Bukviçlə müqavilə imzalanıb.
32 yaşlı qapıçının sonuncu klubu vətənində “Sloboda Tuzla” olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.







