featured-image-33715

Mövsümün sonunda “Sabah”dan ayrılan Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirə bilər.

Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Premyer Liqanın debütantı ilə danışıqları müsbət yekunlaşdırmaq üzrədir.

Həsənalızadə 2020-ci ildən “Sabah”da çıxış edirdi. O, ötən mövsüm əsas heyətə az-az düşməyə başlamışdı.

Mərkəz müdafiəçisi 2022-2023 mövsümündə 19 oyunda meydana çıxıb, 1 qol vurub. Futbolçu əvvəllər “Sumqayıt” və “Zirə” klublarının da şərəfini qoruyub.

 

Bənzər xəbərlər