“Araz-Naxçıvan” “Diadora”dan geyinəcək
Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” 2023-2024-cü il mövsümündə “Diadora”nın forma və geyim dəstlərindən istifadə edəcək.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya şirkəti ilə müqavilə imzalanıb. Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək. Qeyd edək ki, Naxçıvan təmsilçisinin oyun formaları ağ və qırmızı rəngdə olacaq.







