featured-image-66880

Futzal üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ilkin və əsas mərhələlərinin püşkü atılıb.

Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu F qrupunda “Ljuti Krajişniçi” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq.

Qrupun oyunları avqustun 26-31-i aralığında Avstriyada keçiriləcək.

Bənzər xəbərlər