Argentina millisinin qəhrəmanını "Qarabağ"la nə bağlayır?
Argentina millisinin Qətərdəki dünya çempionatını qazanmasında böyük rolu olan qapıçı Emiliano Martines “Qarabağ”a qarşı oynayıb.
Msport.az saytının məlumatına görə, 30 yaşlı qolkiper 2018/2019 mövsümündə İngiltərə “Arsenal”ının heyətində UEFA Avropa Liqasının qrup mərhələsində Ağdam təmsilçisinə rəqib olub.
Həmin mövsüm London klubunda yeganə matçını “köhlən atlar”a qarşı keçirən Martines qapısını toxunulmaz saxlaya bilib. Sözügedən görüş “topçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Emiliano Martines hazırda İngiltərənin “Aston Villa” komandasının şərəfini qoruyur.







