featured-image-74624

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Niderland nəhəngi Maer Karrisonu transfer edib.

19 yaşlı hücumçunun keçidi “Ayaks”a 6 milyon avroya başa gəlib və onun əvvəlki klubu “Veles Sarsfild” bu məbləği tam şəkildə alıb. Karriso ilə imzalanan müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. O, Amsterdam təmsilçisində 7 nömrəli forma ilə çıxış edəcək.

Gənc futbolçu 2024-cü ilin yayından “Veles Sarsfild”in şərəfini qoruyurdu. Bu müddətdə 52 oyunda meydana çıxan Karriso 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, hazırda “Ayaks” Erediviziyanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər