“Qalatasaray”ın futbolçusu Avropa nəhənglərinin “radarında”
Avropanın iki nəhəng klubu “Barselona” və “Bavariya” “Qalatasaray”ın gənc yarımmüdafiəçisi Aleksey Batrakovu yaxından izləməyə qərar veriblər.
Msport.az xəbər verir ki, hər iki klubun skautları qarşıdakı “Qalatasaray” – “Aston Villa” qarşılaşmasını tribunadan izləyərək 21 yaşlı futbolçunun performansını dəyərləndirəcəklər.
Gənc istedadın nümayiş etdirdiyi oyun Avropa nəhənglərinin transfer siyahısında ön sıralara yüksəlməsinə səbəb olub.







