“Barselona” müdafiəçisi ilə vidalaşır? – Meneceri ilə görüş başladı
“Barselona”nın müdafiəçisi Aleks Baldenin gələcəyi ilə bağlı yeni hadisə baş verib.
Msport.az xəbər verir ki, futbolçunun agenti Jorje Mendeş Kataloniyaya gedərək onunla görüşüb.
Agentin müdafiəçi ilə görüşü qış transfer pəncərəsi ərəfəsində onun “Barselona”dan mümkün ayrılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. 23 yaşlı futbolçu cari mövsümdə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında əsas heyətdəki yerini itirib. O, cəmi 5 qarşılaşmada meydana çıxaraq 123 dəqiqə oynayıb. Baldenin xidmətində PSJ və “Yuventus” maraqlıdır.
Qeyd edək ki, Baldenin Kataloniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.







