“Nyukasl”ın müdafiəçisinə qiymət “oxudu” – 80 milyon
“Mançester Yunayted” Almaniya millisinin və “Nyukasl”ın müdafiəçisi Malik Tşaunu heyətinə qatmaqda maraqlıdır.
Msport.az xəbər verir ki, İngiltərə nəhəngi 25 yaşlı futbolçunu 2027-ci ilin yay transfer pəncərəsində transfer edə bilər.
Lakin “Nyukasl” müdafiəçisini 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Almaniya millisinin üzvü ilə Avropanın digər aparıcı klubları da maraqlanır.
Tşau 2025-ci ildə “Milan”dan 35 milyon avroya transfer edilib. O, indiyədək “Nyukasl”ın heyətində bütün turnirlərdə 64 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.
Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







