“Arsenal” 3 oyundur qələbəyə həsrətdir
İngiltərə Premyer Liqasında 32-ci tur lider “Arsenal”ın oyunu ilə başlayıb. Msport.az xəbər verir ki, London klubu evdə autsayder “Sauthempton”nu qəbul edib. Mikel Artetanın komandası ardıcıl 3 oyundur ki, qələbə qazana bilmir. “Mançester Siti” “Arsenal”dan 2 oyun az keçirib və 5 xal geri qalır.
Qeyd edək ki, turun “Mançester Yunayted” – “Çelsi” və “Brayton” – “Mançester Siti” oyunları təxirə salınıb.
İngiltərə Premyer Liqası
32-ci tur
21 aprel
Arsenal – Sauthempton 3:3
Qol: Martinelli, 20. Edeqor, 88. Saka, 90 – K.Alkaras, 1. Uolkott, 14. Çaleta-Çar, 66.
22 aprel
15:30. Fulhem – Lids
18:00. Brentford – Aston Villa
18:00. Kristal Pelas – Everton
18:00. Lester Siti – Vulverhempton
18:00. Liverpul – Nottingem Forest
23 aprel
17:00. Bornmut – Vest Hem
17:00. Nyukasl – Tottenhem