“Arsenal”dan tarixi rekord
“Arsenal” tarixinin rekorduna imza atıb.
Msport.az xəbər verir ki, “topçular” buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda İtaliyada “İnter”i məğlub etməklə (3:1) nail olub.
London təmsilçisi tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində ardıcıl 7 matçda qalib gəlib. Bu qarşılaşmadalarda 20 qol vuran komanda qapısında yalnız 2 top görüb.
Qeyd edək ki, “Arsenal” hazırda 21 xalla Liqa mərhələsinin lideridir.







