featured-image-74157

“Arsenal”ın hücumçusu İtan Nvaneri karyerasını Fransa klubu “Marsel”də davam etdirəcək.

Msport.az xəbər verir ki, 18 yaşlı hücumçu oyun təcrübəsi qazanmaq üçün icarəyə getmək barədə “Arsenal”ın məşqçilər heyəti ilə razılığa gəlib.

Marsel təmsilçisi oyunçunu mövsümün sonuna qədər transfer hüququ olmadan heyətinə qatacaq. Yəni müqavilə yayda başa çatacaq. Nvaneri bu mövsüm Premyer Liqada cəmi 6 oyun keçirib, lakin bunların heç birində start heyətində yer almayıb və qol vurmayıb.

“Transfermarkt” onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Bənzər xəbərlər