featured-image-22078

“Arsenal” Qabriel Martinelli ilə müqavilənin müddətini uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, brazliyalı futbolçunun əvvəlki müqaviləsi 2024-cü ilin iyununa kimi idi.

Yeni anlaşma 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Martinelli London klubuna 2019-cu ilin yayında “İtuano”dan keçib. O, “topçular”ın heyətində 76 oyunda meydana çıxıb. Bu mövsüm hücumçu 27 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər