featured-image-74535

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üzərində işləyir.

Msport.az xəbər verir ki, “topçular” artıq futbolçu üçün ilkin təklif göndəriblər.

Lakin “Nyukasl” bunu rədd edib. London təmsilçisi isə 25 yaşlı oyunçudan əl çəkmək niyyətində deyil. “Arsenal” Tonali üçün yeni təklif göndərməyi planlaşdırır.

Tonali 2023-cü ilin yayında “Nyukasl”a transfer olunub. İtaliyalı futbolçu cari mövsüm komanda ilə 35 oyunda iştirak edib və 5 məhsuldar ötürmə verib. Onun “Nyukasl”la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Qeyd edək ki, “Nyukasl” “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir.

Bənzər xəbərlər