Arteta onu “Arsenal”da saxlamaq istəyir
İngiltərənin “Arsenal” komandasının baş məşqçisi Mikel Arteta Emil Smit Rounun London təmsilçisində qalmasına razı olub.
Msport.az “The Mirror”a istinadən xəbər verir ki, oyunçuya daha bir şans verilib.
O, komandanın ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək.
23 yaşlı futbolçunun “Arsenal”da qalıb-qalmayacağına məhz toplanışdan sonra qərar veriləcək.
Emil Smit Rou son mövsümdə London klubunda 19 matça çıxıb, 2 məhsuldar ötürmə edib.
“Arsenal”ın yetirməsi “Leyptsiq” və “Haddersfild” klublarında icarə əsasında oynayıb.