featured-image-28679
“Neftçi”də Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la cavab oyunundan öncə sağlamlıq durumu açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə komandanın baş həkimi Şaiq Zöhrablı klub televiziyasına açıqlamasında məlumat verib.
O, zədəli olan Ataa Caber və Azər Əliyevin komanda ilə məşqlərə başladığını bildirib.
Xatırladaq ki, bu gün keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçına saat 20:00-da start veriləcək. Tovuzda baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər.

Bənzər xəbərlər