featured-image-31086

“Roma” İtaliya çempionatında mövsümün son oyununda “Spetsiya”nın qapısına 89-cu dəqiqədə yol taparaq Avropa Liqasına vəsiqə qazana bilib.

Msport.az xəbər verir ki, Joze Mourinyonun komandası çempionatı 63 xalla 6-cı yerdə başa vurub. 64 xalla 5-ci yeri tutan “Atalanta” da Avropa Liqasında çıxış etmək hüququ qazanıb.

İtaliyanın Avropa Liqasında daha bir nümayəndəsi “Fiorentina” ola bilər. Florentsiyalılar iyunun 7-də UEFA Konfrans Liqasının finalında “Vest Hem”lə üz-üzə gələcəklər. “Fiorentina” A seriyasnda 8-ci olub.

62 xalla 7-ci olan “Yuventus” Konfrans Liqasında oynayacaq.

Bənzər xəbərlər