Atıcılarımız finalda
Azərbaycanın güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov İspaniyanın Qranada şəhərində gənclər arasında keçirilən Dünya Kubokunda finala yüksəliblər.
Azərbaycan Atıcılıq Federasiyasından Msport.az-a verilən məlumata görə, onlar qarışıq komanda yarışlarında fərqləniblər.
Sofiya Barxalova və Hacı Musayev isə 5-ci yerlə kifayətləniblər. Onlar ispaniyalı rəqibləri ilə eyni xal toplasalar da, mərkəzi atışlarda ispaniyalı rəqiblərinə nisbətən aşağı nəticə göstəriblər.