“Atletiko”dan qələbə ilə antirekord
İspaniya La Liqasında XX turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, “Atletiko” doğma meydanda “Alaves”i 1:0 hesabı ilə məğlub edib.
Oyunun taleyini həll edən yeganə qol ikinci hissənin əvvəlində vurulub. 48-ci dəqiqədə norveçli hücumçu Aleksandr Sorlot fərqlənərək komandasına vacib 3 xalı qazandırıb.
“Atletiko” ilk hissədə nadir statistik göstərici ilə diqqət çəkib. Baş məşqçi Dieqo Simeonenin komandası fasiləyədək rəqib qapısına 16 zərbə endirsə də, qol vura bilməyib. Bu, Dieqo Simeonenin dövründə klubun bir hissədə qol vura bilmədiyi halda endirdiyi ən çox zərbə sayına bərabərdir. Bu antirekord sonuncu dəfə 2021-ci ilin mayında “Osasuna” ilə oyunda qeydə alınmışdı.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 41-ə çatdıran “Atletiko” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 19 xalı olan “Alaves” isə təhlükəli zonada, 18-ci sırada yer alıb.







