“Atletiko”nun yetirməsi MLS klubuna keçdi
ABŞ-nin “Real Solt-Leyk” klubu heyətini “Atletiko”nun yetirməsi Xuan Manuel Sanabriya ilə gücləndirib.
Msport.az xəbər verir ki, MLS təmsilçisi 25 yaşlı uruqvaylı müdafiəçi ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Sanabriya daha əvvəl “Saraqosa”nın da şərəfini qoruyub.







