featured-image-48852

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığmaları Qazaxıstanın Uralsk şəhərində keçiriləcək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Msport.az saytına verilən məlumata görə, yarışda Niyaz Məlikov, Elvin Əliyev, Emil Zeynalov, Vacib Babayev, Şahin İsayev və Cavid Vəlizadə medallar uğrunda mübarizə aparacaqlar.

Yığma mayın 30-da Qazaxıstana yollanıb. Turnir iyunun 1-3-də təşkil olunacaq.

Bənzər xəbərlər