featured-image-38314

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub.

Msport.az xəbər verir ki, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçirilib.

Son qitə çempionu İtaliya Maltanı məğlub edib. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı üstələyib.

G qrupunda Bolqarıstan Litvab ilə, Serbiya Macarıstanla bacarmayıb.

H qrupunda isə Şimali İrlandiya San Marinodan, Sloveniya Finlandiyadan və Danimarka Qazaxıstandan üstün olub.

AVRO-2024
Seçmə mərhələ, VII tur
14 oktyabr

C qrupu

17:00. Ukrayna – Şimali Makedoniya – 2:0
22:45. İtaliya – Malta – 4:0
Xal durumu: İngiltərə – 13 (5 oyun), İtaliya – 10 (5), Ukrayna – 10 (6), Şimali Makedoniya, 7 (6), Malta – 0 (6)
G qrupu
20:00. Bolqarıstan – Litva – 0:2
22:45. Macarıstan – Serbiya – 2:1
Xal durumu: Macarıstan – 13 (5 oyun), Serbiya – 10 (6), Monteneqro – 8 (5), Bolqarıstan – 2 (6), Litva – 5 (6)
H qrupu
17:00. Şimali İrlandiya – San Marino – 3:0
20:00. Sloveniya – Finlandiya – 3:0
22:45. Danimarka – Qazaxıstan – 3:1
Xal durumu: Sloveniya – 16, Danimarka – 16, Finlandiya – 12, Qazaxıstan – 12, Şimali İrlandiya – 6, San Marino – 0

Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Fransa, Belçika və Portuqaliya yığmaları final mərhələsinə vəsiqəni təmin ediblər.

Bənzər xəbərlər