featured-image-35955

Azərbaycan millisinin daha 2 üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Msport.az xəbər verir ki, 1/4 finalda Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28).

Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kq-da mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliçi (Xorvatiya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Bununla da Azərbaycan millisinin yarımfinala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Daha öncə İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 final səddini uğurla adlayıblar.

Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.

Bənzər xəbərlər