featured-image-35960

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşacaqlar.

Dörd turdan sonra 5 xalla qrupda üçüncü pillədə qərarlaşan yığmamız mərhələ adlamaq üçün son görüşündə də qələbə qazanmalıdır. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu gün qrupun digər matçında Türkiyə yığması Yunanıstanı (19:00) sınağa çəkəcək. Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə – Almaniya oyunları ilə yekun vurulacaq.

Bənzər xəbərlər