featured-image-16373

UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunlarını stadiondan izləyən azarkeşlərin sayı bəlli olub.

Msport.az xəbər verir ki 16 matçda ümumilikdə 370000-dən çox tamaşaçı iştirak edib.

Bakıda “Qarabağ” və “Frayburq” arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30430 tərəfdar izləyib.

Ən çox fanat isə “Roma” (İtaliya) – “Lüdoqorets” (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 807 azarkeş olub.

Qeyd edək ki, “Qarabağ” qrupdakı sonuncu qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb.  Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

Bənzər xəbərlər