featured-image-32102

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında ilk qızıl medalını qazanıb.

Msport.az xəbər verir ki, karate üzrə milli komandamızın üzvü, 67 kq çəki dərəcəsində çıxış edən Tural Ağazadə finalda yunanıstanlı Dionisios Ksenosu məğlub edib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan Polşadakı yarışda 13 müxtəlif idman növündə 86 idmançı ilə təmsil olunur.

Bənzər xəbərlər