Avropa Oyunları: İrina Zaretska medalı təmin edib
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.
Msport.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı əvvəlcə ukraynalı Qalina Melniki (5:0) məğlub edib. Daha sonra erməni rəqibi üzərində qələbə qazanan millimizin üzvü yarımfinala vəsiqə qazanıb.
27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib. Zaretska qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.
Qeyd edək ki, yarışın yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 18:10-da start götürəcək.