featured-image-32522

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən Avropa oyunlarında finala vəsiqə qazanıb.

Msport.az xəbər verir ki, milli komandamızın üzvü yarımfinalda qalib gəlməklə həm də Paris Olimpiadasına lisenziyanın sahibi olub.

Superağır çəki dərəcəsində mübarizə aparan boksçu finala gedən yolda almaniyalı Raman Tiafak üzərində qələbə qazanıb – 4:1.

80 kq çəki dərəcəsində gücünü sınayan Murad Allahverdiyev isə yarımfinalda Xorvatiya nümayəndəsi Qabriel Voaçiçə uduzmaqla bürünc medalla kifayətlənib. Lakin Allahverdiyev də Olimpiya oyunlarına vəsiqə əldə edib.

 

 

Bənzər xəbərlər