featured-image-32444

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən 3-cü Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.

Snayper 300 mümkün xaldan 292-ni toplayıb.

Qeyd edək ki, Ruslan Lunyov iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək

Bənzər xəbərlər