Avropa Oyunları: Zaretska çempion oldu!
Polşada keçirilən III Avropa Oyunlarında karate yarışları başa çatıb.
Msport.az verir ki, yarışın son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizəyə qoşulub. Onlardan İrina Zaretska (68 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələnib.
Ondan fərqli, Asiman Qurbanlı (84 kq) yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medala sahib olub. Ötən gün karateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.