featured-image-16963

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandaların siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, 17 klubun olduğu siyahıda “Qarabağ” da yer alıb.

Ağdam təmsilçisi son olaraq Misli Premyer Liqasının XIV turunda “Sabah”la səfər oyununda xal itirib – 0:0.

Top-5 liqalarda yalnız İtaliyanın “Napoli” və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.

“Napoli” (İtaliya) – 13 qələbə, 2 heç-heçə

PSJ (Fransa) – 13 qələbə, 2 heç-heçə

“Benfika” (Portuqaliya) – 12 qələbə, 1 heç-heçə

“Srvena Zvezda” (Serbiya) – 17 qələbə, 2 heç-heçə

“Dnipro-1” (Ukrayna) – 10 qələbə, 2 heç-heçə

“Şaxtyor” (Ukrayna) – 8 qələbə, 3 heç-heçə

“Panatinaikos” (Yunanıstan) – 12 qələbə, 1 heç-heçə

“Qarabağ” 13 qələbə, 1 heç-heçə

“Pafos” (Kipr) – 9 qələbə, 2 heç-heçə

TNS (Uels) – 12 qələbə, 1 heç-heçə

“Svift Hesperange” (Lüksemburq) – 11 qələbə, 1 heç-heçə

“Klaksvik” (Farer adaları) – 25 qələbə, 2 heç-heçə

“Hamrun” (Malta) – 9 qələbə, 1 heç-heçə

“İnter Eskaldes” (Andorra) – 6 qələbə, 2 heç-heçə

“Europa”, “Linkoln” (Cəbəllütariq) – hər ikisi 5 qələbə, 1 heç-heçə

“Tre Penne” (San-Marino) 5 qələbə, 3 heç-heçə

Bənzər xəbərlər