featured-image-45520

“Formula 1” üzrə Avstraliya Qran-prisinə yekun vurulub.

Msport.az xəbər verir ki, mövsümün üçüncü mərhələsində qalib adını “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns qazanıb.

İkinci yeri “Ferrari” komandasının digər sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü “McLaren”dən britaniyalı Lando Norris tamamlayıb.

Hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan çıxıb.

Həmçinin “Mercedes”in britaniyalı pilotları Lüis Hemilton və Corc Rassel yarışı tamamlaya bilməyiblər.

“Formula 1”in növbəti mərhələsi aprelin 5-dən 7-dək Yaponiyada keçiriləcək.

Bənzər xəbərlər