Avstriya - Azərbaycan oyununun stadionu bilindi
2024-cü il Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Avstriya – Azərbaycan oyununun stadionu müəyyənləşib.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma Lintse şəhərindəki “Lintser” arenasında təşkil olunacaq.
20 000 tamaşaçı tutumuna malik stadion 1952-ci ildə inşa edilib. Arena 2012-ci ildə isə yenidən təmir olunub.
Qeyd edək ki, Avstriya – Azərbaycan görüşü 2023-cü il martın 24-də gerçəkləşəcək.