"Axşam Bakıda çox ağır olacaq" - Çexiya mətbuatı "Qarabağ" - "Viktoriya" oyunundan nə yazır?
Çexiya mətbuatı Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Viktoriya Plzen” oyununa geniş yer ayırır. Msport.az “blesk.cz” saytının Bakıdan hazırladığı növbəti yazını təqdum edir:
“Onlar avrokubkarın bundan əvvəlki mərhələlərində “Helsinki” və “Şerif”i məğlub etdilər. Onlar Plzendə heç düşünmədikləri çoxmilyonluq xəzinəyə yaxındırlar. Mixal Bilekin döyüşkən komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün “Qarabağ”la mübarizə aparacaq. İki milyondan çox əhalisi olan quraq və rütubətli meqapolis Bakının çılğın azarkeşləri olan komandası.
Çexiya çempionunun heyətində bir ad müzakirə olunur – Vatslav Yemelkanın meydana çıxması ehtimalı.
Hərtərəfli hazırlıq keçmiş “Qarabağ” “Viktoriya”nın təsnifat mərhələlərində gördüyü ən çətin rəqibdir.
Yerdəki reallıq necədir? Təyyarədən düşən kimi istinin əsl dadını alırsınız. Yerli vaxtla günorta saat 3-də temperatur müsbət 30 dərəcəni keçmişdi. Bir sözlə Xəzər Dənizinin sahilində tropik havanın günəşli şüaları altında əsl tonqal. Kondisionerli məkanların və isti günəşin tez-tez dəyişməsi idman performansını bir yana qoyaq, normal həyatda problemlər yaradır.
Oyun yerli vaxtla axşam saat 9-a qalmış başlayacaq. Gün batdıqdan sonra Azərbaycan paytaxtı, Şərqin dəbdəbəli “kişik Dubayı” nəzərəçarpacaq dərəcədə nəfəs alır. Buna baxmayaraq, rütubətli isti havanın “camaşırxanaya” çevirilməsi və 30 min azarkeş Çexiya klublarının hər gün futbol oynamadığı çətin şərtlərdir.
Ötən il iyulun əvvəlində Çexiya millisi Bakıda Danimarkaya qarşı AVRO-2020-nin 1\4 final mərhələsinin oyununu keçirmişdi. Müasir Olimpiya stadionunda isti hava şəraiti komandanın fiziki gücünü tez tükətdi. 1:2 hesablı məğlubiyyət Çexiyanın qitə çempionatı ilə vidalaşmasına gətirib çıxardı.
“Plzen” öz oyununu daha kiçik amma anşlaq olacağı gözlənilən 30 minlik Tofiq Bəhramovda keçirəcək. “Viktoriya”lılar 2016-cı ilin yayında bu stadionda olan oyunu yaxşı xatırlayırlar. Həmin vaxt “Viktoriya” “Qarabağ”la 1:1 hesablı heç-heçə edərək Çempionlar Liqasının pley-offuna vəsiqə qazanmışdı. “Plzen”in həmin matçda çoxlu qol vəziyyətləri olmamışdı. Meydan sahibləri bir neçə təhlükəli epizod yaratdılar və uzun müddət hesabda 1:0 öndə idilər. Lakin final fitinə az qalmış Kopiç vacib qolu vurdu və “Viktoriya” mərhələni keçdi.
“Bu, bizə kifayət qədər pul gətirdi. Bu da çox vacib idi. Lakin həmin oyun çox çətin keçmişdi. İndi də eyni vəziyyəti gözləyirəm. İndi komanda o vaxtkından daha yaxşı əhval-ruhiyyədədir. Avropa çempionatından sonra 6 futbolçu görüşə cəmi 2 həftə qalmış düşərgəyə qoşuldu. Hətta Çempionlar Liqası oyunundan qısa vaxt əvvəl yerli çempionatda da meydana çıxmışdıq” – “Viktoriya”nın o vaxtkı baş məqşçisi Pivarnik xatırlayır.
Axşam Bakıda çox ağır olacaq. Hər iki komanda Çempionlar Liqasının qrupuna düşmək üçün buna əla şans kimi baxır. Bu da təxminən 400 milyon kron (16 milyon 300 min avro) deməkdir. “Plzen” yaydakı uğurlu oyunlar sayəsində artıq 213 milyon kron qazanıb. Amma daha çox istəyir. 2016-cı ilin yayından “əziyyət çəkən” 1:1-lik xatirələr kömək olacaqmı?