featured-image-38639

Portuqaliya millisi və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldonun uşaqlıq dostu Fabio Paym “Sportinq” akademiyasında oynadıqları zaman ulduz futbolçu ilə necə vaxt keçirməsindən danışıb.

Msport.az xəbər verir ki, o, axşamlar adətən heç kimin istəmədiyi və buna görə də satılmayan burgerləri almaq üçün “McDonalds”a getdiklərini bildirib:

“Hər axşam bunu edirdik. Bəli, “Sportinq” bunu bilirdilər. Amma onda başqa vaxt idi. Bizə akademiyanı tərk etməyə icazə verilirdi”.

Paym Ronaldu ilə yaxın dost olduqlarını söyləyib:  “Bayramlarımızı birlikdə keçirirdik. Onlardan biri Braziliyada olub. Bu, mənim həmin ölkəyə ilk səfərim idi. Səfər AVRO-2004-dən əvvəl baş tutmuşdu. Bu, Kriştianunun Portuqaliya millisinin heyətində yollanacağı ilk Avropa çempionatı idi. Bundan əvvəl biz tətilə getmişdik. Milli komanda ilə məşq etdim. Lakin orada oynamaq üçün çox gənc idim. Yaşım çox olsaydı, bəlkədə yığmada çıxış edərdim”.

Bənzər xəbərlər