featured-image-18030

Rusiyanın “Ximki” klubunda çıxış edən üzvü Ayaz Quliyev Azərbaycan millisində oynaya bilər.

Msport.az “eurostavka.ru”ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə pasport verilib. Ayazın AVRO-2024-ün seçmə mərhələsinin qrup oyunlarında millimizdə çıxış edəcəyi gözlənilir.

Moskva “Spartak”ının yetirməsi olan Quliyev “Anji”, “Rostov”, “Arsenal” (Tula) klublarında oynayıb. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Bənzər xəbərlər