featured-image-83203

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci turunun Lixtenşteynlə oyununun iştirak ərizəsini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, 7 futbolçu 23 nəfərlik siyahıdan kənarda qalıb.

Ukraynanın “Bukavina” klubunun üzvü Renat Dadaşov zədəli olduğu üçün komandaya kömək edə bilməyəcək.

Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Mustafa Əhmədzadə, Fərid Yusifli və Ceyhun Nuriyev isə baş məşqçinin qərarına əsasən, 23 nəfərlik heyətə salınmayıblar.

Qeyd edək ki, Azərbaycan-Lixtenşteyn oyunu bu gün saat 20:00-da Todiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bənzər xəbərlər