featured-image-30950

“Ben Aziz Dao və Dvayn Naa ilə vidalaşmışıq, Natan Oduva ilə isə 99 faiz yola davam etməyəcəyik”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis bildirib ki, qarşıdakı 10 gün ərzində daha hansı futbolçularla müqavilənin artırılıb-artırılmayacağı bəlli olacaq.

O, bir neçə yeni oyunçu ilə danışıqlar getdiyini söyləyib: “Həmin futbolçulardan biri də Fərid Nəbiyevdir. Müqavilə ilə Çexiya klubuna məxsusdur. Danışığımız olsa da, hələlik tam razılıq əldə edilməyib. Yəqin ki, yaxın günlərdə hər iki tərəf son sözünü söyləyəcək”.

Yay toplanışından da söz açan Abbasov hazırlıq mərhələsinin əsas hissəsinin Türkiyədə olacağını vurğulayıb: “İlk etap Bakıda, ikinci mərhələ isə Türkiyədə olacaq. Danışıqlar davam edir. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcək”.

CAHİD

Bənzər xəbərlər