Ayxan Abbasov yeni müqavilələr haqda: "Qərara gəldik ki, yayda tələsik addım atmayaq"
“Müqavilələr ən azı 2-3 illik olmalıdır. Yayda bunu edə bilmədik. Çünki, növbəti ildə bizi nə gözlədiyini bilmirdik”.
Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
42 yaşlı mütəxəssis mövsüm başa çatmamış bəzi futbolçularla müqavilə yenilənməsinə aydınlıq gətirib:
“Rəhbərliklə məsləhətləşib qərara gəldik ki, oyunçularla yavaş-yavaş sözləşmələri uzadaq, yayda hansısa tələsik addım atmayaq və ya kimisə gözləməyək. Heyətimizi indidən müəyyənləşdirmək istəyirik ki, oyunçular da özlərini motivasiya etsinlər. Buna görə danışıqlar aparırıq. Denis Marandiçi də bəyəndiyimiz futbolçudur, komandaya tez uyğunlaşdı. Potensialına inanırıq, daha yaxşı ola bilər”.
CAHİD







